Fake News – bizim dilə hərfi tərcümədə saxta xəbərlər deməkdir. Azərbaycanda da tez-tez qarşılaşdığımız bir haldır. Saxta xəbərlər jurnalistikanın bir növüdür və qəsdən yaradılmış yalan informasiyadır. Bu məlumatlar vasitəsilə sarı media orqanları öz saytlarına çoxlu real istifadəçi cəlb edirlər. Əlbətdə ki, ölkəmizdə də saxta xəbərlərlə mütəmadi olaraq məşğul olan belə “jurnalistlər” az deyil. Bu arada bir jurnalist olaraq diqqətinizə çatdırmağı özümə borc bildiyim bir məqam var. 2011 – ci ilin 19 sentyabrında Azərbaycan Mətbuat Şurası "qara siyahısı" nı yenilədi. Ümumiyyətlə "qara siyahı” nədir ? "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini təhqir etdiklərinə görə bir sıra nəşrlər "qara siyahı"ya daxil edilib. Siyahı Mətbuat Şurası İdarə Heyətinin sentyabrın 19-da keçirilən iclasının qərarı ilə təsdiqlənib. Həmin "qara siyahı"da 87 qəzetin adı yer alıb. Düşünə bilərsiz ki, bunun mətləbə nə dəxli ? Dəxli odur ki, "qara siyahı”ya alınmış bu qəzetlər daha bir mətbu orqan olaraq fəaliyyət göstərə bilməyəcəklər. Bəs belə olan halda bu qəzetdə çalışmış “jurnalistlər” nə işlə məşğul olurlar ? Həə, bax bu yerdə pişiyin quyruğu görsənir. Demək ki, özlərini jurnalist adlandıran bu üz qaraları öz bəd əməllərini həyata keçirmək üçün yollar axtarmalı oldular. Bu anda onların köməyinə çağımızın ən vacib elementlərindən birinə çevrilmiş internet gəldi. Bundan sonra reket jurnalistlərin əl – ayağı daha da açıldı. Dünənə kimi 5 – 10 manat pula görə kimə istəsən ləkə atmaqdan çəkinməyən bu reket dəstəsi daha da azğınlaşdı. Çünki, indi qəzetdə olduğu kimi imza atmağa da ehtiyac yoxdu. Özlərinə istənilən adı seçib, anonim formada kimə istəsən ləkə atmağa başladılar. Maraqlı burasıdır ki, bu “jurnalistlər” 2011 – ci ildən üzü bəri bir növ dövlətdən, dövlətçilikdən və dövlətə yaxın olan adamlardan, rus demişkən “obijennıy” qalıblar. Amma məsələ, təkcə “obijennıy” qalmaqla da bitmir. Bular reketdir axı. Rekedində ki, işi şantaj edib pul almaqdır də. Belə olan halda hədəfə dövlətə yaxın, millətini sevən, əsl vətənpərvər iş adamları gəlir. Bu yazını yazmağıma səbəb hamının vətənpərvər iş adamı kimi tanıdığı Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyli haqqda adını çəkmək istəmədiyim bir xəbər saytında gedən sujet oldu. Belə ki, sujetdə iş adamı Yusif Qədimbəyli haqqda şər – böhtan xarakterli məlumatlar səsləndirilir. Diktor xanım, ləkələdiyi şəxsi gah Yusif Qasımbəyli, gah da Yusif Qədimbəyli kimi təqdim edir. Yaqin düşünərsiz ki, olar də çaşıb soyadı səhv deyib. Xeyir. Əslində mövzu tamam başqadır. Bu sujeti verənlər yaxşı bilirlər ki, açıqladıqları “fakt”ların heç bir əsası yoxdur. Sabah onlardan şikayət edib, məhkəməyə də verə bilərlər. Odur ki, soyadı qəsdən səhv deyirlər ki, belə bir hal olarsa əllərini daşın altından çəkə bilsinlər. Bu sahədə çalışan əsl peşəkarlar gözəl bilirlər ki, hər bir tənqid sujeti faktlara söykəməlidir. Ancaq sujetdə bir dənə də olsun fakta rast gəlinmir. Soruşa bilərsiz ki, mən nəyə görə Yusif Qədimbəylini bu qədər müdafiə edirəm. Yüz faiz bilirəm ki, yazını oxuyanların içərisində “Allah bilir bu yazını yazmaq üçün nə qədər pul alıb” deyənlər də tapılacaq. Ancaq əziz oxucu mənim dərdim Yusif Qədimbəylini qorumaq deyil. Ola bilsin ki, Yusif müəllimin heç mənim onu qorumağıma ehtiyacı da yoxdur. Sadəcə 44 günlük vətən müharibəsində Yarat fonduna ən çox pul köçürən bir şirkət sahibinə bu qədər ləkə atmaq, mənə bir vətəndaş, bir qarabağlı kimi çox pis təsir etdi. Həm də məsələnin kökü təkcə Yusif Qədimbəyli haqqda verilən sujet də deyil. Məsələ burasındadır ki, bu bir qrup cinayətkar reket dəstəsi, xalqın arasında çaşqınlıq yaradaraq, xalqa, dövlətə və vətənə bağlı olan iş adamlarını ləkələməklə, kimlərinsə dəyirmanına su tökmələ məşğuldurlar. Cənab “jurnalistlər” bir yazını və yaxud bir sujeti hazırlayarkən, ən azı əlinizi vicdanınıza qoymağı və faktlara söykənməyi unutmayın ! Sonra hüquq qarşısında cavab verməli olarsız. Əziz oxucum ! Məsələnin hüquqi tərəfindən danışdıq. Bəs biz özümüz ? Axı ictimai qınaq deyilən bir nəzarət forması da mövcuddur. İctimai qınağın müxtəlif formaları var. Amma onun ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində qınaqdır. Yəni bu mənada ictimai əxlaq uyğun olmayan şeyi tənqid etməkdir. İctimai qınaq odur ki, bu adam bu hərəkəti yanlış edir və onun törətdiyi hərəkətin ictimai nəticəsi ağır sayılır cəmiyyətə müəyyən mənəvi zərər vurur. Bu ictimai qınağın forması və özüdür. Yuxarıda qeyd etdiyim bir qrup “Reket” dəstəsini siz qınamasaz, onlar daha da azğınlaşacaq. Çünki, özlərini jurnalist adlandıran bu ünsürlər, əslində bu xalqın yetişdirdiyi vətənpərvər iş adamlarını, xüsusilə də yuxarıda da qeyd etdiyim kimi 44 günlük Vətən müharibəsində ordunun yanında olan, onlara maddi və mənəvi dəstək duran iş adamlarını hədəfə alırlar. Buda elə - belə boş yerə deyil. Bu adamlar Yusif Qədimbəylinin timsalında iş adamlarına böhtan atmaqla xalqın qeyrətli təbəqəsini ləkələyirlər. Əslində bu “jurnalist pozuntuları” cəmiyyət üçün çox təhlükəlidirlər. Onlar hətta 5 -10 manat pul müqabilində ölkəmizi istəməyən istənilən qüvvələrin əlində alətə də çevrilə bilərlər. Allah bizi o gündən qorusun ! Odur ki, hər oxuduğumuza, hər eşitdiyimizə dərhal inanmayaq. Əvvəlcə araşdıraq sonra qərar verək. Bizim hər birimiz oxucu olaraq bu qaydalara riayət etsək, o zaman nəyin düz, nəyin əyri olduğunu özümüz tapacıyıq. Necə deyərlər, düzü – düz, əyrini əyri. Müəllif: Elçin Əsəd
Bütün hüquqlar qorunur © 2024