Ukraynada münaqişə başlayandan bəri Kiyevdə 479 uşaq doğulub. Bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib. Merin sözlərinə görə, doğulan uşaqların 251-i oğlan, 228 qızdır. “Bütün çətinliklərə baxmayaraq, Kiyevdə doğum evləri fövqəladə vəziyyət rejimində işləyir”, - deyə Vitali Kliçko qeyd edib.
Bütün hüquqlar qorunur © 2024