"Bildiyiniz kimi az öncə Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulmuşdur. Azərbaycanın fəxri konsulluğunun bu əraziyə yaxın yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binası xəsarət almayıb. Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik". Bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulluğundan daxil olan məlumatda deyilir. "Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyyə edirik. Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək", - deyə açıqlamada bildirilir.
Bütün hüquqlar qorunur © 2025