Təqvim
Əli Əsədov iclas keçirdi
19 fevral 2022 - 18:48

17-18 fevral tarixlərində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.

 

Nazirlər Kabinetindən  verilən xəbərə görə, iclasda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.

 

Bu baxımdan Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.

 

İclasda inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.

 

Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar müzakirə olunub.

 

Həmçinin qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib. İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə