Təqvim
Qarabağda həlak olan ermənilərin qardaşları orduya çağırılmayacaq
17 fevral 2022 - 13:52

Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı ölən hərbçilərin ailələri hərbi xidmətdən azad oluna bilər. Bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, hökumət 2020-ci ildəki müharibədə öldürülmüş hərbçilərin qardaşlarının məcburi hərbi xidmətdən azad edilməsini təklif edib. Qanuna edilən müvafiq düzəliş bu gün Ermənistan hökuməti tərəfindən təsdiqlənib.

Məsələ burasındadır ki, qüvvədə olan “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” qanunda hərbi xidmətdən azad edilmənin ilkin şərti kimi potensial hərbçinin ailədə yeganə oğul olması nəzərdə tutulur.

Bu arada hökumət qeyd edir ki, 44 günlük Qarabağ müharibəsində ölən hərbçilərin məcburi hərbi xidmətə cəlb olunan kiçik qardaşları da var.

- Onların bir çoxunun valideynləri ağır psixoloji və sosial vəziyyətdədirlər, kiçik oğullarını xidmətə göndərmək istəmirlər. Bu ailələrin digər üzvlərinə məcburi hərbi xidmətdən azad olmaq imkanı verməklə, nəticədə həmin ailələr üzləşdikləri psixoloji və sosial problemlərin öhdəsindən daha rahat gələ biləcəklər, - qanuna dəyişikliklə bağlı əsaslandırmada qeyd olunur.

Qanunvericilik təşəbbüsü hökumət tərəfindən müzakirə olunmadan təsdiqlənib və yaxın vaxtlarda baxılması üçün parlamentə təqdim olunacaq.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı ağır məğlubiyyətlə üzləşən Ermənistanda ölü, itkin və yaralı sayı o qədər çoxdur ki, hökumət hələ də dəqiq statistikanı cəmiyyətə təqdim etməyib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə