Əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydi bərpa olunub. Bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib. Onun sözlərinə, həmin sənədlərin azad edilmiş ərazilərin qeydiyyat qurumlarının istifadəsinə verilməsi onların sakinlərinin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb.
Bütün hüquqlar qorunur © 2024