Yanvarın 25-də saat 23:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.
Bütün hüquqlar qorunur © 2024