Qazaxıstanın Almatı şəhərində baş verən qarşıdurmalarda 12 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. Bu barədə yerli KİV komendaturaya istinadən xəbər verib. Hüquq mühafizəçisindən biri başı kəsilmiş halda tapılıb. “Almatıda qətlə yetirilən asayiş keşikçisi başı kəsilmiş halda tapılıb, bu, dəstələrin terrorçuluğuna sübutdur”, - deyə komendaturadan bildirilib. Daha 353 nəfər güc strukturları əməkdaşının xəsarət aldığı bildirilir.
Bütün hüquqlar qorunur © 2024