Türkiyənin İstanbul şəhərində vaksin vurdurmağa yollanan şəxs həkimə hücum edib. İnsidentə səbəb həkimin pasiyentdən nahar fasiləsini gözləmək xahişi olub. Lakin orta yaşlarında olan kişi həkimin bu xahişinə məhəl qoymayıb və təcili peyvənd olunmağını tələb edib. Nəticədə həkimə hücum edən şəxs ona yumruqla zərbələr endirib. Yalnız kənar şəxslərin müdaxiləsi nəticəsində onu sakitləşdirmək mümkün olub.
Bütün hüquqlar qorunur © 2025