Təqvim
Gülağa Tənha : Havada qar havası var...
28 dekabr 2021 - 09:35

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı kitabının təqdimatında səslənən “Gözümün içinə baxma” şeirini təqdim edirik. Şairin yaradıcılığını nəzərdən keçirtdikdə qiraətçilər tərəfindən bu şeirə xüsusi diqqət sezilir. Bu dəfə adı çəkilən şeiri qiraətçi Rəşad Bəxtiyarov ifa edir. Həmin şeiri oxuyub özünüzdə dəyərləndirməyiniz üçün poeziya sevərlər üçün yazılı şəkildə də yayımlayırıq... Video çıxışa isə, link bölməsində baxa bilərsiniz..

 

GÖZÜMÜN İÇİNƏ BAXMA


Bu soyuq rüzgarın insafı yoxdu,
Elə bil göylərdə qar havası var.
Ürəyim üşüyür, yenə göylərin
Sevgimin oduyla öz davası var.
Başımın üstündə nə vaxtdan bəri,
Çovğun oynadırsan, yel əsdirirsən.
Özün xoşbəxtliyə tələsdiyin tək
Məni əzablara tələsdirirsən.
Hardasa dağların qarı əriyib,
Hardasa bir ilıq barışıq düşüb.
Biz olan tərəfdə görəsən niyə
Dünyanın iqlimi qarışıq düşüb?
Sənin gözlərinin soyuqluğundan
Üzümə ağ olan ilim üşüyür.
Yox, daha adını tuta bilmərəm,
Dodağım üşüyür, dilim üşüyür.
Telinə bürünür itən illərim,
Canımı aldıqca bu hiss, bu duyğu.
Ömrümü üşüdür, əllərimi yox,
Sənin gözlərinin qar soyuqluğu.
Soyuqdan istiyə uçur, daha sən,
Uçan durnaların köçünə baxma!
Məni dirigözlü donduracaqsan,
Baxma, gözlərimin içinə baxma!..

 

Gülağa Tənha

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə