Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin doğum günüdür
Müstəqil və qüdrətli Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza ataraq, regionun liderinə və beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Cənab Prezident İlham Əliyev ölkəmizin dayanıqlı inkişafını, təhlükəsizliyini təmin edən, beynəlxalq aləmdə böyük nüfuza sahib qətiyyətli Liderdir. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad etməklə dünya tarixinə Azərbaycanın Zəfər Gününü həkk edən Böyük Sərkərdədir! Xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan, məcburi köçkünləri dogma yurd-yuvalarına qovuşduran qətiyyətli dövlət başçısı, Azərbaycanın zəfər və qəhrəmanlıq simvoludur! Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qalib Ordumuzun azad etdiyi Qarabağımızda indi üçrəngli bayrağımız dalğalanır, sürətli bərpa-quruculuq və Qayıdış proqramı həyata keçirilir.
Ölkəmiz güclü iqtisadiyyata və dünyaya nümunə göstəriləcək bir inkişaf modelinə sahibdir. Həyata keçirilən irimiqyaslı regional və beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanı mühüm iqtisadi güc mərkəzinə çevirib. Praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb.
Cənab Prezident İlham Əliyevin Vətənə, xalqa, millətə, dövlətə olan sonsuz bağlılığı fəaliyyətinin bütün istiqamətlərində özünü göstərir. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi yürüdülən sosial siyasətin ana xəttini təşkil edir.
Cənab Prezidentin uğurla reallaşdırdığı tarixi ideyalardan biri də neft gəlirlərini insan kapitalına çevirməkdir. Bütün bunlar elmli, savadlı, yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, gənclərimizin dövlətçiliyə bağlı, vətənpərvər, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasına şərait yaradıb.
Cənab Prezident həmçinin Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb. Müasir və güclü Azərbaycan hər bir azərbaycanlının qürur, güvən yeridir.
Cənab Prezident İlham Əliyevi doğum günü, 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi və xalqımızın rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıram
Bütün hüquqlar qorunur © 2024