Bu günlərdə Ermənistanda olan Fransa prezidentliyinə namizəd, Paris İle-de-Frans bölgəsinin rəhbəri Valeri Pekress Qarabağa gizli səfər edib. Bu barədə "France Télévisions"-ın jurnalisti və siyasi şərhçisi Julien Neny Twitter-də məlumat verib. “Valeri Pekress bu gün Dağlıq Qarabağa səfər edib. Orada yerli siyasətçilərlə tanış olub. Təhlükəsizliyə görə səfər Ermənistanda olan əksər fransız mediası, o cümlədən France TV tərəfindən işıqlandırılmırdı”, - deyə Neni yazıb.
Bütün hüquqlar qorunur © 2024