İranın paytaxtı Tehranın metropolitenində iki qatarın toqquşması nəticəsində 10 nəfər yaralanıb. Hadisə metronun "Çitqar" stansiyasında baş verib. Əraziyə xilasedici qüvvələr cəlb olunub. Toqquşan vaqonlardan 18 nəfər sağ çıxarılıb. Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur © 2025