“Bəzən belə bir təəssürat yaranır ki, Vətəndaş Müqaviləsi Partiyasından olan deputatlar söhbətin hansı mövzudan getməsindən asılı olmayaraq sadəcə arqumentsiz, substantiv müzakirəsiz hər məsələdə müxalifətə qarşı çıxmaqla məşğuldurlar”. Bu barədə Ermənistanın “Past” nəşri yazıb. Müəllifin sözlərinə görə, məsələn mayın 12-də Dirçələn Ermənistan Partiyasının sədri Vahe Hakobyan Qaragöl ərazisində vəziyyətin gərginləşdiyini və azərbaycanlıların irəlidiyini bildirib. “Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan mövzunu “qarışdırmağa” çalışıb: “Qoy Vahe Hakobyan panika yaratmasın, helikopterdən enəydi, avtomatı götürəydi, gedib oğlanların yanında dayanaydı”. Üstəlik, sonra Vahe Hakobyanın bəyanatının doğru olduğunu məhz Nikol Paşinyan təsdiqləyib”, - deyə nəşr bildirib.
Bütün hüquqlar qorunur © 2024