Maştağadakı Narkoloji Dispanserdə məcburi müalicəyə cəlb edilən yazıçı Kəramət Böyükçöl evə buraxılıb. Bu barədə Kəraməti qarşılayanlardan biri - ictimai fəal Rüfət Səfərov bildirib. Onu atası və anası müşayiət edib. Qeyd edək ki, Kəramət Böyükçöl bu ayın əvvəlində Maştağadakı Respublika Narkoloji Dispanserə yerləşdirilmişdi. Məqsəd onun içki asılılığını müalicə etdirmək idi. Yazıçı Narkoloji Dispanserə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılmışdı.
Bütün hüquqlar qorunur © 2025