Tekirdağın Muratlı rayonunda iki azyaşlı qıza qarşı təcavüzə yol verdiyi iddia edilən 70 yaşlı şübhəli saxlanılıb. Uşaqların ailələri həmin şəxsin mağazasına gedərək şüşələri sındırıb, polis şübhəlini linç cəhdindən xilas edib. Məlumata görə, 70 yaşlı S.E. 11 yaşlı S.Ç. və 13 yaşlı A.M. adlı uşaqlara qarşı cinsi təcavüzə yol verib. Qızlar vəziyyəti ailələrinə söylədikdən sonra məhəllədə aləm bir-birinə dəyib.
Bütün hüquqlar qorunur © 2025