Həbsxana rəhbərliyi Mixail Saakaşvilinin kamerasına televizor qoydurmaqdan imtina edib. Bunu Saakaşvilinin vəkili David Sadzaqlişvili deyib. “Onun televizoru yoxdur. Deyiblər ki, anbarda televizor olmadığı üçün verilməyib. Məhkumun kamerasına televizor qoydurmağa haqqı var”, - vəkil bildirib. Qeyd edək ki, bundan öncə Saakaşviliyə zəng etmək qadağası qoyulmuşdu.
Bütün hüquqlar qorunur © 2024