Təqvim
Saakaşvili ukraynalı deputatla evlənib
02 oktyabr 2021 - 10:35

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynanın Ali Radasının "Xalqın qulluqçusu" partiyasından deputatı Liza Yasko ilə evləndiyi məlum olub.

 

Bu barədə videoyazını xanım deputat feysbuk səhifəsində paylaşıb.

 

Videoda yer alan M.Saakaşvili deyib ki, hamını Liza ilə bir yerdə olması barədə məlumatlandırmağa qərar verib: "Biz yeni həyat, yeni ailəyə başlayırıq... İstəyirik ki, hər kəs bizim vəziyyəti anlasın və bizə xoşbəxtlik arzulasın".

 

Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.

 

53 yaşlı M.Saakaşvili və 31 yaşlı L.Yasko arasında eşq macərsaının yaşanması barədə məlumatlar ötən ilin əvvəlində Ukrayna KİV-lərində yer alsa da, onların heç biri bunu təsdiqləmirdi.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə