Təqvim
Səyyad Əlizadənin bacısı Prezidentdən kömək istədi +VİDEO
16 sentyabr 2021 - 15:42

Koronavirusa yoluxan tanınmış müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva Prezident və 1-ci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.

O müğənninin müalicəsinin nəzarətə götürülməsi üçün dövlət başçısı və birinci xanımdan yardım istəyib. 

Müğənninin bacısı deyib: "Bütün Azərbaycanın ümid yeri olan sevimli prezidentimiz və hər kəsə kömək edən Mehriban xanım Əliyevadan kömək istəyirəm. Bəhram Bağırzadəni xalqa qaytaran həkimlər Səyyadı da qaytarsınlar. Ümid yerim sizsiniz, bizə kömək edin".

Qeyd edək ki, koronavirusa yoluxan müğənninin vəziyyəti ağırlaşıb. 

Həmin videomüraciəti təqdim edirik:  Azxeber.com

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə