Müharibə dövründə Xocavəndin Hadrut qəsəbəsindən qaçan ermənilər Yerevanda etiraz aksiyası keçiriblər. 100-dən artıq etirazçı Ermənistanda, yaxud Qarabağda onlara mənzil verilməsini tələb edib. Keçmiş Hadrut sakini Tiqran Movsesyan müharibə zamanı bütün əmlakını itirdiyini deyib. "Biz burda kirayə tutmağa, yaxud qohumlarımızda qalmağa məcburuq. Bizə ev verilsin. Həmçinin, qaçın, yaxud müvəqqəti köçkün olmağımız barədə status da müəyyənləşdirilməlidir",- deyə etirazçılar söyləyib.
Bütün hüquqlar qorunur © 2024