Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiasının təmin edilməsi gömrükdəki problemləri yenidən ölkənin əsas mövzularından birinə çevirib. Belə ki, sosial şəbəkələrdə iş adamları aktiv kampaniyaya başlayıb, əlavə ödəmələrlə bağlı Gömrük Komitəsinin qeyri-qanuni tələblər irəli sürdüyünü bildirirlər. Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı maraqlı faktlar təqdim edilib. “Bir kəndin yetirmələri” başlığı ilə hazırlanan materialdan görünür ki, müəllifə bəlli olan odur ki, Komitədə S. Mehdiyevin yaxın qohum-əqrəbası, dostları və həmkəndlilərindən 26 nəfər işləyir. Özü də yüksək vəzifələrdə. Onu da qeyd edək ki, Azərbaycan qanunvericiliyi yaxın qohumların yüksək vəzifəyə təyin olunmasını qadağan edir. Siyahını təqdim edirik: 1. Qayını İlham Tarquluyev: DGK tikintilərinə nəzarət edir, tenderləri “udur” 2. Qayını İlhamın qızının həyat yoldaşı Kamran: Əvvəl mühafizədə işləyirdi. Hazırda ER və DNBGİ baş inspektordu. 3. Səfər Mehdiyevin köməkcisi Rəşad: Yaxın qohumudur 4. Uşaqlıq dostu və qohumu Məsum Rəsulov: Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. İki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir. 5. Qayını Zeynal Tarquluyev: Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Logistik “xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburu həmin “xidmətə” yönəldilir. Orada isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur. 6. Qardaş oğlu Məhəmməd: Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir. 7. Bacısı oğlu Fərman: Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordu. Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə “güzəştlı” xidmət göstərir. 8. Bacısı oğlu Əli: Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektor. 9. Bacısı oğlu Məhərrəm: Bakı Baş gömrük İdarəsində Baş inspektor işləyir. 10. Qardaşının kürəkəni Sənan: Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır. 11. Baldızı oğlu Rəfail Niftəliyev: Enerji Resursları və Dəmiz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidir. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir. 12. Bacısının kürəkəni Sahib: Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu. 13. Bacısinin kürəkəninin qardaşı Zaman: Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordu. 14. Bacı oğlusu Röşən: Dövlət Gömrük komitəsində İşləyir. Tabel yazılır, əmək haqqı alır, hec vaxt işə gəlmir. Amma kənarda biznesiylə məşguldur. 15. Bacısının kürəkəni Vilayət: Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Nəzarət Baş İdarəsində baş inspektordur. 16. Bacanağı Həsən: Dövlət Gömrük Hozpitalında işləyir. 18. Bacanağı Eldar: Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir. 19. Bacanağı İlham: Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır amma işə cıxmır. 20. Qardaşının kürəkəni Sahib: İş adamlarina ucuz qiymətə mal cıxardığını bildirərək Broker Gömrük xidməti açıb. 21. Yeznəsinin qardaşı oğlu Cəfərov Davud: Xocahəsən Gömrük postunun rəisi başqası olduğu halda Davud rəislik edir. 22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman: Azterminalkompleks İstehsalat birliyində işləyir. 23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif: Dövlət Gömrük Komitəsində vəzifə tutur 24. Yeznəsinin digər qardaşı oğlu Rəhman: Xocahəsən G/P Azterminalkompleks İB işləyir. 25. Dostunun qardaşı Ramiz: Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektor 26. Qardaşının kürəkəni Arif: 51 yaşında işə düzəlib. “Gömrük orqanlarında Xidmət haqqında” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir. Bunu 51 yaşında təzə işə götürüblər.Yenisabah
17. Dostu Elman: Dövlət Gömrük Komitəsinin Hospitalında Baş həkimdir. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiti olduğu halda saxta dərman idxalına görə DTK tərəfindən həbs edilib.
Bütün hüquqlar qorunur © 2024