Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub. Bİ.az xəbər verir ki, Şəhər İcra Hakimiyyəti Başçısınin səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın Mətbuat Xidmətinin işini fəallaşdirmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədi ilə Əliyeva Ayna Bəxtiyar qızı BŞİH-in Mətbuat Xidmətinə işə qəbul olunub. Qeyd edık ki, Ayna Əliyeva gəncdir, bu təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb. Xatırladaq ki, E.Əzizov bundan əvvəl də BŞİH-də kadr islahatları həyata keçirib.
Bütün hüquqlar qorunur © 2024