“Taliban hərəkatı” Pəncşirdəki Əfqanıstan Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudu məhv etmək niyyətindədir".
Bunu Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Ağbar müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, "Taliban” heç vaxt Pəncşirdəki müqavimət liderləri ilə danışıqlara getməyəcək, çünki onlar siyasətçi deyil, üç il əvvəl dünyanın bir çox ölkələrinin qadağan olunmuş təşkilatlar siyahısına daxil etdiyi terrorçulardır.
Ağbar hesab edir ki, "Taliban"ın məqsədi bütün Əfqanıstanı diz çökdürmək və müqavimət liderlərini, xüsusən Əhməd Məsudu məhv etməkdir.
Eyni zamanda, o, “Taliban”ın qarşı tərəflə danışıqlara hazır olmadığını qeyd edib.
Xatırladaq ki, avqust ayında silahlılar Əfqanıstanın demək olar ki, bütün ərazisini ələ keçirdi. Onların nəzarətində olmayan yeganə əyalət Pəncşirdir. Əfqanıstan Müqavimət Cəbhəsinin lideri, Şimal Alyansının mərhum rəhbəri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud “Taliban”la birlikdə inklüziv hökumət qurub, vətəndaş hüquqlarına hörmətin təmin ediləcəyi təqdirdə mübarizənin sona çatacağını söyləyib. Ölkənin vitse-prezidenti Əmrulla Saleh də müqavimət qüvvələrinə qoşulub.
Bütün hüquqlar qorunur © 2025