Təqvim
Hacı Şahindən Aşura ilə bağlı SON çağırış: BU, CİDDİ MƏSƏLƏDİR!
19 avqust 2021 - 18:55

"Bir daha insanlara müraciət edirəm ki..."

"Aşura günü ilə bağlı mərasimlər pandemiya ilə əlaqədar olaraq məhdud sayda insanın iştirakı ilə keçiriləcək. Yoluxmaları nəzərə alaraq insanları qaydalara riayət etməyə çağırıram".

 

Xəbər verilir ki, bunu Trend-ə açıqlamasında din xadimi Hacı Şahin Həsənli deyib. O bildirib ki, Aşura islam tarixinin önəmli hadisələrindən biridir:
"Avqustun 19-u Aşura günü kimi qeyd olunur. Artıq ikinci ildir ki, pandemiya şəraitində yaşayırıq və belə bir dövrdə kütləvi tədbirlərin keçirilməsi mümkünsüzdür. Keçən il ümumiyyətlə məscidlər bağlı idi, bu il isə məhdud sayda, cəmi 50 nəfərin iştirakı ilə bu mərasim keçiriləcək. Həmin şəxslər də bütün qaydalara riayət edəcəklər, sosial məsafə qorunacaq, maskalardan, dezinfeksiya vasitələrindən istifadə təmin olunacaq. Məscidlərdə də icmalar bu prosesə nəzarət edəcəklər".
 

Onun sözlərinə görə, pandemiya səbəbindən insanların əksəriyyəti bu mərasimlərdə iştirak edə bilmədiyindən, din xadimləri onlayn qaydada canlı yayım vasitəsilə çıxış edəcəklər:
 

"Bu çıxışlar sosial şəbəkələr üzərindən yayımlanacaq və insanlar evlərində oturub, xütbələri dinləyə və mərasimə virtual olaraq qatıla biləcəklər. Eyni zamanda Aşura günü qanvermə aksiyaları da keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsi artıq ünvanları açıqlayıb. Bu il məscidlərdə bunun üçün şərait olmadığından, tibb müəssisələrində qanvermə aksiyaları təşkil olunacaq.
 

Bir daha insanlara müraciət edirəm ki, yoluxma sayının artmasını nəzərə alaraq hər zaman qaydalara riayət etsinlər. Bu, ciddi məsələdir".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə