Təqvim
Neftçalanın 12 yaşayış məntəqəsinin su təchizatı yaxşılaşdırılır
11 avqust 2021 - 15:34

"Azərsu" ASC Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirir.

 

Bu barədə qurumun açıqlamasında bildirilir.

 

Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq icra olunan layihə Neftçala rayonunun 20 min nəfər sakinin yaşadığı 12 yaşayış məntəqəsini (Mirzəqurbanlı, Tatarməhlə, Abbasalılı, Mirqurbanlı, Həsənabad, Qoltuq, Uzunbabalı, Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndləri) əhatə edir.

 

İndiyə qədər bu kəndlərin içməli su təchizatı modul tipli sutəmizləyici qurğular hesabına aparılıb. Kür çayında suyun səviyyəsinin azalması və keyfiyyətinin aşağı düşməsi səbəbindən ilin isti dövrlərində həmin qurğuları xam su ilə təmin etmək mümkün olmurdu. 2020-ci ilin noyabrında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərin də içməli su təchizatı üçün imkanlar yaradıb.

 

Magistral kəmərin marşrutu boyu yerləşən Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə və Abbasalılı kəndlərinə içməli su magistraldan veriləcək. Bu məqsədlə kəndlərdəki modul tipli təmizləyici qurğulara qədər 3,8 km daşıyıcı su kəmərləri tikilir. Artıq Uzunbabalı kəndində işlər yekunlaşıb və kəndə suyun verilməsi təmin edilib.

 

Rayonun Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndlərini içməli su ilə təmin etmək məqsədilə 450 mm diametrli polietilen borularla 11 km uzunluğunda magistral su kəmərinin 6 km-lik hissəsi inşa edilib.

 

Neftçala rayonunun Mirqurbanlı və Həsənabad kəndlərinin, həmçinin Qoltuq məhəlləsinin su təchizatı isə Neftçala şəhərinin şəbəkəsi hesabına aparılacaq.

 

Ümumilikdə Neftçala rayonunun 12 kəndində həyata keçirilən layihələr çərçivəsində 20 min nəfər sakinin su təchizatı yaxşılaşdırılacaq. Gələcəkdə Neftçala rayonunun kəndlərinə verilən içməli suyun həcminin artırılması məqsədilə Salyan şəhərindən Neftçalaya ikinci magistral kəmərin inşası nəzərdə tutulur. Bu kəmər hesabına daha 8 kəndin içməli su təchizatı yaxşılaşdırılacaq.

Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7 500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında magistral kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə