Təqvim
"Paşa Bank"ın aktivlərinin 4,7 milyard manat təşkil edəcəyi gözlənilir
16 oktyabr 2018 - 11:32

 Bu ilin sonuna "PAŞA Bank" ASC-nin konsolidə olunmuş (Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə) aktivlərinin 4,7 mlrd. manat təşkil edəcəyi gözlənilir. 

Bİ.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev yarımillik maliyyə göstəriciləri ilə keçirilən mətbuat konfransında məlumat verib.

"Konkret olacaq Azərbaycandakı aktivlərdə 50-100 mln. manatlıq artım proqnozlaşdırılır", - deyə o, qeyd edib. 

B.Nağıyevin sözlərinə görə, "PAŞA Bank"ın kredit portfelinin isə ilin sonuna 1,3 mlrd. manata yüksələcəyi proqnozlaşdırılır. Hazırda bu rəqəm 1,2 mlrd. manatdır. 

Qeyd edək ki, 30 iyun 2018-ci il tarixinə konsolidə edilmiş maliyyə hesabatına əsasən "PAŞA Bank"ın cəmi aktivləri və kredit portfeli illik müqayisədə 24% artaraq müvafiq olaraq 4 469,931 mln. manata və 1 566,498 mln. manata yüksəlib. Bank kreditlərin 35%-ni ticarət və xidmət sektoruna verib. Hesabat dövründə "PAŞA Bank"ın cəmi kapitalı isə 14% artaraq 542,821 mln. manata çatıb. 

Bankın aktivlərinin gəlirliyi son 1 ildə 3,4%-dən 1,8%-ə, kapitalının gəlirliliyi isə 21,7%-dən 13,9%-ə düşüb. 

Hesabat dövründə "PAŞA Bank"ın əməliyyat gəliri 10% azalaraq 97,489 mln. manata, xalis mənfəəti isə 30%azalaraq 35,394 mln. manata düşüb. Azalma əsasən valyuta əməliyyatlarından Bankın əvvəlki kimi gəlir əldə etməməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənməsinin sabitləşməsi nəticəsində "PAŞA Bank"ın valyuta əməliyyatlarından gəliri 71% azalıb. 

Hazırda "PAŞA Bank"ın 31 min plastik kart istifadəçisi var. Bu rəqəmin ilin sonuna qədər 2 dəfə artması gözlənilir.

Bankın işçilərinin sayı isə hazırda 725-dir. 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
ƏDƏBİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə