Təqvim
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
04 dekabr 2020 - 13:38

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barrel azaldılması və “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0.5 mln. barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. “OPEC plus” üzrə xam neft hasilatının yanvar ayında 0,5 mln. barrel artırılması qərarını Azərbaycan da dəstəkləyib.


Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barrel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barrel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq.  Yəni yanvar ayında Azərbaycan  gündəlik xam neft hasilatını 8 min barrel artıraraq  istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.  


İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib ki, neftə tələbatın bərpasını zəiflədən pandemiyanın yeni dalğası vəziyyətində ən optimal tədbir yenə də hasilatın azaldılması üzrə koordinasiyalı fəaliyyətdir: “Neft bazarında nikbinliyin irəlidə dayanıqlı olması bizim dəstəyimizdən asılıdır. Neftə tələbatın bərpasına əminlik yarandığı müddətədək təklifə nəzarət etməliyik. Bu baxımdan mövcud istehsal məhdudiyyətlərinin tədricən yumşaldılması və hasilatın mərhələli şəkildə artırılması yeni reallıqlar şəraitində bazarın canlanmasına, eləcə də balanslaşdırılmasına kömək edəcək.”


Çıxışda Azərbaycanın “OPEC plus” ölkələri tərəfindən imzalanmış tarixi  razılaşmaya sadiqliyi  bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın torpaqlarınının işğaldan azad edilməsi və 30 illik bir münaqişəyə son qoyulması ilə nəticələnən tarixi Qələbəsinin həm də əhəmiyyətli enerji infrastruktur layihələrinə təhdidlərə birdəfəlik son qoyduğu diqqətə çatdırılıb.


 Qeyd edək ki, iclasda Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolu bu dəfə də Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman tərəfindən yüksək qiymətləndirilib. O, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın səylərini xüsusi vurğulayaraq, konstruktiv fəaliyyətə görə təşəkkür edib.


Xatırladaq ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna qədər 1,9 mln. barrel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə