Bir gün öncə Xorvatiyanın Poretse şəhərinda gənc cüdoçuların Avropa çempionatına start verilib. Üç gün davam edəcək turnirə Azərbaycan ikisi zərif cinsdən olmaqla 10 cüdoçu ilə qatılıb. Bu onluqda oğlanlardan Əmrah Səlimli, Turan Bayramov (hər ikisi 60 kq), Ayxan Tanrıverdiyev (66 kq), Rəşid Məmmədəliyev, Mətin Rzazadə (hər ikisi 73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 81 kq) və ən ağırımız olan Camal Feyziyev (+100 kq). qızlardan isə Ramilə Əliyeva (48 kq), Ülviyyə Bayramova (57 kq) və Südabə Ağayeva (63 kq) triosu yer alıb.Ümumilikdə isə Azərbaycan da daxil olmaqla turnirdə 40 ölkəni təmsil edən 412 cüdoçu mübarizə aparır. Yarışların birinci günü mübarizəyə çəkisi 60 və 66 kq olan 4 oğlan, eləcə də çəkisi 48 və 57 kq olan 2 qız təmsilçimiz qatılıb ki, onlardan da yalnız Əmrah Səlimli 1\4 finala çıxmaqla 7-ci yeri tuta bilib. Yarışların ikinci günü isə 73 və 81 kq-da qğlanlar, eləcə də 63 kq-da çıxış edən qızlar tatamiyə çıxıblar. Bunlardan isə yalnız Elcan Hacıyev bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. Qalan təmsilçilərimiz isə mübarizəni erkən dayandırıblar.
İNTİQAM Məmmədov
Bütün hüquqlar qorunur © 2024