"Barselona"nın argentinalı forvardı, klubdan ayrılacağı haqda uzun-uzadı söhbətlər dolaşan Lionel Messi nəhayət ki, Kataloniya klubunda komanda yoldaşları ilə birgə məşq prosesinə qatılıb. Klubun 33 yaşlı kapitanı Flippe Koutinyo, Frenki de Yonq, Serci Buskets və Anssumane Fati ilə birlikdə məşq edib. Xatırladaq ki, az öncə Messi və Koutinyo fərdi məşq edirdi. Yeri gəlmişkən, Messi ötən mövsüm bitər-bitməz klub rəhbərliyindən narazılığını bildirmiş və klubdan gedəcəyini söyləmişdi. Lakin o, bu məsələni sülh yolu ilə həll edə bilmədikdə karyerasını burada davam etdirmək məcburiyyətində qalmışdı.
İNTİQAM Məmmədov
Bütün hüquqlar qorunur © 2024