"Bavariya"nın (Münhen, Almaniya) klubunun ispaniyalı yarımmüdafəçisi Tiaqo Alkantara iş yerini dəyişmək istəyir. Qeyd edək ki, bir ara "Barselona" Taqonu gözaltı etmişdi. Elə bu səbəbdən də o, havalarda uçurdu. Lakin, hollandiyalı mütəxəssis Ronald Kuman klubun baş məşqçisi postuna gələndən sonra Tiaqo ilə bağlı məsələlər təxirə salınıb. "Mundo Deportivo"nun yaydığı məlumata görə, kataloniyalılar artıq bu futbolçu ilə heç bir əlaqə yaratmır. Çünki, Kuman klubun düşərgəsinə "Liverpul"da forma geyinən havbek Corcinyo Veynaldu gətirmək niyyətindədir. Yeri gəlmişkən, hələ 2021-ci ilin yayınadək Münhen klubu ilə müqaviləsi olan Tiaqo 2019\20-ci illər mövsümündə Bundesliqada 24 matçda meydana çıxıb və 3 qola imza atıb.
İNTİQAM Məmmədov
Bütün hüquqlar qorunur © 2024