Təqvim
Latviyada yaşayan həmyerlimiz dünya çempionu adını qazanıb
01 sentyabr 2020 - 21:03

Avqustun 29-da Latviyanın paytaxtı Riqa şəhərində tay boksu üzrə Beynəlxalq Federasiyanın (WKN) LNK Fight Night 16 şousu çərçivəsində keçirdiyi dünya çempionatında həmyerlimiz Zaur Cavadov qalib gəlib.
 


Studio 69 klubunun arenasında baş tutan həlledici döyüşdə Azərbaycan əsilli Latviya kikboksçusu Zaur Cavadov Slovakiyanın WKN üzrə çempionu Sebastyan Fapso ilə qarşılaşıb. O, rəqibinin üzərində qələbə qazanaraq, dünya çempionu tituluna layiq görülüb. Bununla da Zaur döyüş siyahısına 39-cu qələbənin yazılmasına nail olub ki, bunların da 14-ü ardıcıl olaraq qazanılıb.



Qeyd edək ki, Zaur Nurbaba oğlu Cavadov 21 dekabr 1986-cı ildə Latviyanın Riqa şəhərində dünyaya gəlib. 4 yaşından idmanın karate növünə yönəldilib. 2005-ci ildən etibarən peşəkarcasına kikboksinqlə məşğul olaraq, dəfələrlə bu idman növünün WAKO K-1, WKA K-1 və digər versiyaları üzrə Latviya, Litva, Polşa və Avropa çempionu titullarını qazanıb. 2017-ci ildə "Arena Riqa”da “KOK World Grand Prix in Riga 2017” döyüş şousu zamanı Moldovadan olan rəqibi Sergey Morari ilə qarşılaşıb. Həmyerlimiz ona nokautla qalib gələrək, dünya çempionu titulunu əlindən alıb.

Sosial şəbəkələrdə paylaş:
Zəkanı və yaddaşı artırmağın 15 yolu. 21:49, 15 yanvar 2021
“Arif Məlikov: tarix və müasirlik” adlı kitabı 2020-ci ildə “Şərq – Qərb” nəşriyyatında çapdan çıxmışdır. 19:59, 15 yanvar 2021
Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir 19:56, 15 yanvar 2021
Koronavirus niyə gec sağalır? - İNANILMAZ SƏBƏB 19:45, 15 yanvar 2021
Gülağa Tənha Yalnız qəlbi təmiz insanlar böyük işlər görə bilər13:53, 15 yanvar 2021
İmmuniteti gücləndirməyin 5 yolu. 22:29, 14 yanvar 2021
Koronavirus getdikcə daha öldürücü olur - Bədbin AÇIQLAMA. 21:17, 14 yanvar 2021
Yeni dönəm üçün həm də yeni media siyasəti lazımdır 19:52, 14 yanvar 2021
Gülağa Tənha Qürbətdə yaşayanlar Vətəni daha çox sevir!13:07, 14 yanvar 2021
Azərbaycan jurnalistləri 2020-ci ildə: JuHİ ənənəvi illik hesabatını açıqlayıb 17:42, 13 yanvar 2021
Gülağa Tənha "Azərbaycana bağlıyam" adlı kitab təqdimatının xülasəsi14:42, 13 yanvar 2021
Böyrəkləri tam təmizləyən resept - 2 soğan və 2 litr su. 10:00:00, 13 yanvar 2021
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edildi - SƏRƏNCAM 20:50, 12 yanvar 2021
Azərbaycanda Media İnkişaf Agentliyi YARADILDI 20:44, 12 yanvar 2021
Azərbaycan, Ermənistan və Rusiyanın Baş prokurorları görüşdü- FOTO 20:39, 12 yanvar 2021
Eksternat imtahanlarının nəticələri bəlli olub 19:49, 12 yanvar 2021
Bu ölkədə koronavirusdan ölənlər yandıralacaq. 19:32, 12 yanvar 2021
Ermənilər "erməni dövləti"haqqında 19:13, 12 yanvar 2021
Azərbaycaanlılara qarşı soyqırımlar və nəticələri 19:03, 12 yanvar 2021
“Qaçqınkom” şəhid ailələrinə veriləcək evlərin sayını və yerini AÇIQLADI 18:32, 12 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə