Şahmsat üzrə keçirilən onlayn-Olimpiadada bu gün 1\4 final mərhələnin oyunları keçirilib. Mübarizəyə 40 ən yaxşı komandanın iştirak etdiyi Top-divizondan qatılan və yer aldığı B qrupunun lideri kimi bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan komandası Polşa yığmasıyla üzləşib. Təəssüflər olsun ki, turnirin favoritlərindən sayılan yığmamız Polşa baryerini aşa bilməyib. Reqlamentə görə bu mərhələdə rəqiblər 2 görüş keçiriblər. İlk görüşdə 2:4 hesabla uduzan yığmamız cavab matçında qalib gəlib - 5,5:1,5. Bundan sonra qalibi aşkarlamaq üçün yığmamızın üzvü Günay Məmmədzadə ilə polşalı Monike Soçko armaqeddonda mübarizəni davam etdiriblər. Görüş raqibin qələbəsiylə bitincə yığmamız mübarizəni dayandırmaq məcburiyyətində qalıb. 1\4 finalın digər oyunlarında Hindistan erməniləri, Ruasiya Macarıstanı, ABŞ izə Ukraynanı udub. Olimpiadanın yarımfinalında isə Hindistan - Polşa, ABŞ - Rusiya qarşılaşmaları olacaq.
Qeyd: Polşa ilə oyunda diqqətçəkən məqamlardan biri birinci stolda baş tutan qarşılaşmalar olub. İlk oyunda yığmamızın heyətində 1-ci stolda Şəhriyar Məmmədyarov oturub və o polşalı Yan-Kşiştof Dudaya uduzub. Cavab oyunda isə 1-ci stolda Teybur Rəcəbov oturub və Dudayla heç-heçəyə razılaşıb.
İNTİQAM Məmmədov
Bütün hüquqlar qorunur © 2025