Təqvim
AQTİ qida sahəsində fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
10 avqust 2020 - 16:24

"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planının 10.3.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” təsis olunmuşdur. Eyni zamanda, sözügedən Dövlət Proqramının 10.3.6-cı yarımbəndinə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən kadrların təlimə ehtiyacının qiymətləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.


Bununla əlaqədar olaraq, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə mütəxəssislərdən ibarət “kadr bankı” yaradılaraq, müxtəlif layihələr və təlimlər vasitəsilə əməkdaşlıq edilməsi planlaşdırılır.


Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə elmi təminatın və kadr potensialının gücləndirilməsi, eləcə də mütəxəssislərin hazırlanması məqsədilə təlimlər həyata keçiriləcəkdir.


Bu baxımdan, aşağıda qeyd olunan sahələr üzrə peşəkarlar əməkdaşlığa dəvət olunur:


1.    Qida məhsullarının təhlükəsizliyi sahəsində:


a.  Qida mühəndisi;
b.  Qida texnoloqu;
c.  HACCP üzrə mütəxəssis;
d.  İSO 22000 üzrə mütəxəssis;
e.  Qida mikrobioloqu;
f.   Qida sənayesinin müxtəlif sahələrində təcrübə;
g.  Qabaqcıl fəaliyyət kodeksləri üzrə mütəxəssis (GHP, GAP, GMP və s.).
 


2.    Heyvan sağlamlığı sahəsində


a.  Baytar həkim;
b.  Baytar əczaçı;
c.  Baytar  epidemioloq;
d.  Baytar virusoloq;
e.  Baytar mikrobioloq;
f.   Baytar seroloq;
g.  Baytar parazitoloq;
h.  Baytar toksikoloq;
i.   Baytarlıq müfəttişi.
 


3. Bitki sağlamlığı sahəsində:
 

a.    Aqronom entomoloq;
b.    Aqronom fitopatoloq
c.    Aqronom virusoloq;
d.    Aqronom mikoloq;
e.    Aqronom bakterioloq;
f.     Aqronom herboloq;
g.    Aqronom fitohelmintoloq;
h.    Aqronom bioloq;
i.     Kimyaçı (bitkiçilik məhsulları, aqrokimyəvi maddələr və pestisidlərin sınağı üzrə);
j.     Aqrokimyaçı;
k.    Biokimyaçı;
l.     Fitosanitar müfəttiş;
m.  Fumiqasiya mütəxəssisi.


Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təlimçi (ekspert) olduğu sahənin adını” qeyd edərək öz anket formalarını (CV) food.expert@afsa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqələndirici şəxs: Vüsal Qocayev

tel.: 5651272, daxili: 563

mob.: 0556929090

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185b, AZ1029


Müraciət üçün son tarix: 15.09.2020

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Qiraət zalı
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə