Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün təşkil olunmuş onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatıb.
Onlayn Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasını təmin etməkdən ibarətdir.
Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələr onlayn şəkildə keçirilib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə onlayn müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.
Onu da qeyd edək ki, iyulun 8-dən ümumi təhsil məktəblərinin tədrisi digər dillərdə aparılan bölmələri üzrə müsahibələrdə uğur qazanmış uşaqların məktəb seçiminə start verilib.
Bütün hüquqlar qorunur © 2024