Təqvim
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
05 iyul 2020 - 16:23

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib. Həyat yoldaşı Rəsmiyyə Hüseynova ilə danışdım, bir saat əvvəl evində dünyasını dəyişib. Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrımızın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.

Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Gülağa Tənha "Ay qız" oxuyur: Əbülfət Oğuz11:30, 11 avqust 2020
Gülağa Tənha Köməyiniz lazım deyil, yetər ki, mane olmayın! 14:00, 10 avqust 2020
Gülağa Tənha haqqında ("Qızıl yarpaq, Tənha səs" müsabiqəsi)16:00, 09 avqust 2020
ASAN könüllülərindən “Tap və Qazan” müsabiqəsi - FOTO 13:09, 09 avqust 2020
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (VİDEO-FOTO) 13:05, 09 avqust 2020
ADPU TCF “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib - FOTO 13:01, 09 avqust 2020
9 Avqust 2020 15:20 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 12:59, 09 avqust 2020
AQTA əməkdaşları daha 210 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib 12:56, 09 avqust 2020
İsraildə Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi ilə yürüş-mitinq keçirilib 12:54, 09 avqust 2020
Gülağa Tənha "Fartuna" komandası...13:00, 08 avqust 2020
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti 12:51, 08 avqust 2020
Türkdilli əlyazma və çap kitabları kataloqu çap olunub 12:49, 08 avqust 2020
“Nə tez məni xalq düşməni etdiniz?” Elnarə Xəlilova 12:45, 08 avqust 2020
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq 12:44, 08 avqust 2020
Bakıda 1 milyonluq qızılları oğurlanan qadının kimliyi bəlli oldu 12:41, 08 avqust 2020
AQTA əməkdaşları 249 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib 12:36, 08 avqust 2020
Gülağa Tənhanın Prezident cənab İlham Əliyevin sərəncamlarına uyğun fəaliyyəti... (I hissə) 13:35, 07 avqust 2020
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq 12:35, 07 avqust 2020
Özbəkistanda iyul ayında ən çox satılan “Yeni əsr” nəşriyyatı kitablarının reytinqi açıqlandı. 12:32, 07 avqust 2020
Fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib 12:30, 07 avqust 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə