Təqvim
Bu gün “Dənizçi Günü” peşə bayramı qeyd edilir
25 iyun 2020 - 16:57

Əziz dənizçilər!

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramı olaraq qeyd edilir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib.

Əziz dənizçilər! Sizi peşə bayramınız münasibətilə təbrik edərək böyük inkişaf yolu keçən və bütün zamanlarda öz əhəmiyyətini qoruyub saxlayan Azərbaycanın dəniz nəqliyyatı tarixinə, Dövlət Dəniz Agentliyinin fəaliyyətinə nəzər salmaq istərdim.

Vurğulamaq istərdim ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dəniz nəqliyyatının inkişaf prosesi bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında sürətli və uğurlu dinamika ilə inkişaf etməkdədir.

Azərbaycanın dəniz nəqliyyatı sistemi Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Tarixi İpək yolunun bərpası, bu sahənin inkişafı məqsədilə mühüm sazişlərin imzalanması, nəqliyyat sektorunda nəhəng layihələrin reallaşdırılması, daniz nəqliyyatı sahəsinə iri həcmli investisiyaların cəlb edilməsi məhz Heydər Əliyevin böyük fədakarlığının nəticəsində mümkün olub.

Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik üzündən, demək olar ki, dağılıb. Bizim ölkəmizdə isə iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahəsindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanılıb. Bu gün də qeyd edilən sahəyə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, “ro-ro” tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur. Bu da ölkəmizin həqiqətən qüdrətli dəniz dövləti olmasını təsdiqləyir.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından mühüm göstərici olan dəniz donanmasını təşkil edən gəmilərin orta yaş həddinin daha da azaldılması başlıca hədəf kimi müəyyən olunub və ölkəmizin tranzit potensialının gücləndirilməsi məqsədilə donanmanın yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır və bu məsələyə tərəfimizdən xüsusi həssaslıqla yanaşılır.

Müstəqillik qazanıldıqdan sonra, xüsusən isə müasir dövrdə respublikamızda dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır. Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində aparılan siyasət, habelə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarət Dövlət Dəniz Agentliyi tərəfindən həyata keçirilir.

“Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

Bu gün Dövlət Dəniz Agentliyi tərəfindən ölkəmiz üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin də qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır. Xüsusilə vurğulanmalıdır ki, dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsi təhlükəsiz və etibarlı olmasa, bu sahə əcnəbi və yerli yük sahibləri üçün heç zaman cəlbedici ola bilməz. Belə ki, qeyd edilən amil nəqliyyat dəhlizləri ilə tranzit yükdaşımalarının həyata keçirilməsində yük sahiblərinin daim xüsusi diqqət etdikləri məsələdir.

Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2011-ci ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində Dövlət Dəniz Agentliyi tərəfindən verilən diplom və sertifikatlar Avropa İttifaqının direktivlərinə uyğun olaraq Avropa İttifaqı tərəfindən tanınır və xüsusi ilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”na daxil edilib.

Beynəlxalq Dəniz Təşkilatının ekspert qrupunun həyata keçirdiyi yoxlamanın nəticələrinə görə Azərbaycan bir sıra Avropa dövlətlərindən ön sırada yer tutdu. Bu hesabat Beynəlxalq Dəniz Təşkilatının Assamblyeasında da səsləndirildi. Üzv dövlətlərə Azərbaycanın təcrübəsindən yararlanmaq tövsiyyə olundu.

Koronavirus (COVID-19) infeksiyasının zərərlərini minimuma endirmək üçün Azərbaycan Respublkasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhəmiyyətli və sistemli tədbirlər görülür. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq məqsədilə Azərbaycanda vacib addımlar atılır, nəticədə respublikada bu sahədə vəziyyət digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxşdir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə, tətbiq etməyə başlayıb.

Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı yarandığından bu istiqamətdə mühüm addımlar atılıb.

Dövlət Dəniz Agentliyi yeni koronovirus 2019 (COVID-19) pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsi üzrə fəsadların qarşısının alınmasına dair planlar barədə Beynəlxalq Dəniz Təşkilatına, Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildiriş göndərib.

Hazırda beynəlxalq səfərlər həyata keçirən, Azərbaycan bayrağı, eləcə də xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinın çalışdığı nəzərə alınaraq dənizçilərin etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomların) etibarlılıq müddəti müvafiq tələblərə riayət olunmaqla ilkin mərhələdə 1 iyul 2020-ci il tarixədək, daha sonra isə 1 oktyabr 2020 – ci ilədək artırıldı.

Koronavirus pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsinə dair planlar barədə Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildirişlər göndərilib. 

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın və Beynəlxalq Dəniz Təşkilatının (BDT) qeyd olunan məsələ ilə bağlı göstəriş və tövsiyələrinin Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində yerinə yetirilməsinə nəzarət olunması məqsədilə lazımi tədbirlər görülüb. BDT-nin qəbul etdiyi “Gəmilərdə COVID-19 hallarının və nəticələrinin idarə olunması üçün istismar mülahizələri”, “Dənizçilərinin sağlamlıqlarının qorunması məqsədilə gəmiçilik şirkətləri üçün Təlimat”ın nəzərə alınması məqsədilə gəmiçilik şirkətlərinə Dövlət Dəniz Agentliyi tərəfindən müvafiq tövsiyələr verilib.

Bununla yanaşı Agentliyin ən son texniki avadanlıqlarla təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən ərazi sularımızda istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin müşahidəsinin gücləndirilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət  həyata keçirilir.

Həmçinin xarici bayraq altında üzən gəmilərin heyət üzvləri ilə təmasın minimuma endirilməsi məqsədilə xüsusi katerlərdən istifadə edilərək həmin gəmilərə bələdçi xidmətləri göstərilməkdədir. Qeyd edilən işlərə cəlb olunan liman nəzarəti müfəttişlərinin və bələdçilərin fasiləsiz olaraq xüsusi xidməti maşınlarla iş yerlərinə daşınmasına, onların sosial izolyasiya tədbirlərinə əməl etməsinə ciddi nəzarət edilməkdədir.

Müstəqillik illərində Azərbaycan Respublikasının dəniz nəqliyyatı sistemi Avropa və Asiya nəqliyyat sisteminə intensiv inteqrasiya edərək Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Asiya ilə Avropa arasında birləşdirici körpü rolunu oynayan Azərbaycan dəniz nəqliyyatı infrastrukturunu möhkəmləndirməklə yanaşı, onun davamlı təkmilləşməsini, müasirləşməsini və modernləşməsini təmin edir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycanın dəniz nəqliyyatı və tranziti potensialının artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verəcək.

Əziz dənizçilər! Sizi bir daha peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzu edirəm.

 
Hörmətlə:   Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə