Təqvim
Bakıətrafı qəsəbələrdə içməli su təchizatı
24 iyun 2020 - 15:58

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yay mövsümündə Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığından əziyyət çəkən yaşayış massivlərinin su təchizatının gücləndirilməsi məqsədilə Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində layihələr icra olunur.Hazırda Binəqədi rayonunun Gülüstan yaşayış massivi və 1-ci mədən 18-ci korpus adlanan ərazisində, Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçələrində, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisində, Suraxanı rayonu S.Əliyev küçəsində yeni xətlər çəkilir.
Gülüstan yaşayış massivi və Binəqədi qəsəbəsinin bir hissəsinin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə Ceyranbatan-Zirə magistral kəmərindən yeni birləşmə verilib. Eyni zamanda yaşayış massivində suyun bərabər paylanması məqsədilə şəbəkədə tənzimləmə işləri də aparılır.
Binəqədi rayonunun 1-ci mədən 18-ci korpus adlanan ərazisində isə içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun gəlməyən şəbəkələr hesabına aparılır. Bu şəbəkələr yay aylarında bəzi abonentlərin su təminatında problemlər yaradırdı. Bütün bunlar nəzərə alınaraq 18-ci korpus ərazisində ilkin mərhələdə 1,2 km uzunluğunda yeni su şəbəkəsi yaradılır. Yeni şəbəkədən bütün evlərə birləşmələr veriləcək və köhnə xətlər ləğv olunacaq. Yeni şəbəkə DSK yolundan keçən magistral su xəttindən qidalanacaq. Bununla da ərazidə su təchizatında dayanıqlıq təmin ediləcək.
Sabunçu və Suraxanı rayonlarının adıçəkilən ərazilərində tikiləcək daşıyıcı xətlər yay aylarında suya tələbatın artdığı vaxtlarda Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçəsi, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi, Suraxanı rayonu S.Əliyev küçəsinin dayanıqlı su təminatına imkan verəcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə