Təqvim
AQTA əməkdaşları daha 405 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
19 iyun 2020 - 13:02

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Belə ki, AQTA əməkdaşları tərəfindən 17 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 182  ictimai iaşə obyekti, 223 ərzaq satışı mağazası olmaqla ümumilikdə 405 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 184-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.



Bakı şəhəri üzrə:

  • Suraxanı rayonunda “Halal süfrə” restoranı, “Ballı” market
  • Binəqədi rayonunda fiziki şəxs Xəlilova Tovuz Kazım qızına məxsus kafe, “Şuşa” kafesi, “Ocaq” kafesi
  • Nəsimi rayonunda “Yuva” market
  • Yasamal rayonunda “Dondurma” market
  • Qaradağ rayonunda “Əli” market


 
Digər rayon və şəhərlər üzrə:

  • Abşeron rayonu Novxanı kəndində “Caspian Breeze” istirahət mərkəzi
  • Xaçmaz rayonunda Yaqubov Zəki Seyfulla oğlu və Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus ət satışı mağazaları (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)
  • Bərdə rayonunda fiziki şəxs Vəliyev Aydın Sabir oğlu, Hacıyev Elşad Rüstəm oğlu və Hüseynov Adil İsmayıl oğluna məxsus marketlər
  • İsmayıllı rayonunda fiziki şəxs Bağıyev Mahir Xanlar oğluna məxsus yeməkxana, Ələsgərov Elçin Əvsər oğluna məxsus ərzaq mağazası
  • Kürdəmir rayonunda fiziki şəxs Məmmədov Mübariz Özbək oğluna məxsus yeməkxana, Qəniyev Sadiq Səyyat oğluna məxsus “Bığ” restoranı
  • Şamaxı rayonunda Dəmirov Azər Zümürxan oğluna məxsus “Aqşin” kafesi, Yusifov Sahib Abdulməmməd oğluna məxsus ət satışı mağazası, “Rahat” market, Həsənov Qubad İbad oğluna, Qədirov Cahid Cavid oğluna və Səlifov Ülvi Vüqar oğluna məxsus ərzaq mağazaları
  • Göyçay rayonunda Babayev Nizami Sirac oğluna məxsus ərzaq mağazası
  • Göygöl rayonunda Babayev Orxan Ələmdar oğlu, Məmmədov Eldəniz Ağalar oğluna məxsus kafelər, “Dönər House” restoranı, “Dönər evi” kafesi, “Al market”, “Əminə” market, “Oba” market, “Pərvin” market və Allahverdili Seymur Hüseyn oğluna məxsus ərzaq mağazası
  • Şəki şəhəri Baş Göynük kəndində “Eltun” və “Xocalı” market
  • Zaqatala rayonunda İsgəndərova Nargilə Cəbrayıl qızına məxsus kafe
  • Lənkəran rayonu, Ürgə kəndində Bağırov Altay Sahab oğluna məxsus “Cənub” market, Rəhimli Əzizağa Həsənağa oğluna məxsus “Rəhimli” market, Həsənov Samir Atəş oğluna məxsus ərzaq mağazası, Əbilov Əkbər Hüseynağa oğluna məxsus “Nihad” market
  • Sabirabad rayonunda Gülüşov Barat Hüseynqulu oğluna məxsus kafe, İsmayılov Mübariz Mikayıl oğlu, İsmayılov Fuad Adil oğlu, Xəlilov İlham Sahib oğlu, Güləliyev Güləli Nizami oğlu və Əliyev Cavid Mustafa oğluna məxsus ərzaq mağazaları
  • Tovuz rayonunda “Zirvə”, “Yaşıl tala”, “Atan bulaq”, “Şəfa”, “Çatax”, “Ballı”, “Holiday” kafeləri və “Dağ” market
  • Beyləqan rayonunda “Sərin” restoranı və “Beyləqan” market
  • Siyəzən rayonunda Salmanov Səlim Kərim oğluna məxsus ərzaq mağazası

 

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə