Təqvim
MOK Olimpiya Oyunları - Uğur Hekayələri mövzusunda yazı müsabiqəsi elan etdi
05 iyun 2020 - 15:35

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi 22 iyul - Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları - Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsi elan edir. Müsabiqəyə idmançıların mübariz və cəsarətli addımları ilə müşayiət olunan həyat yolundan, Olimpiya Oyunlarına qatılan idmançıların uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır. Qlobal pandemiya bütün dünyaya, o cümlədən idmana təsirsiz ötüşmədi. Ancaq “Olimpiya alovu dünyanın indi olduğu qaranlıq tunelin sonunda işıq ola bilər.” - ifadəsi Olimpiya hərəkatından dünyaya müsbət və ümidverici bir mesaj oldu. Uğursuzluqlara, ətrafdakı insanların ümidzisliyinə baxmayaraq, idmandan uzaqlaşmayan, uğur və qələbə ilə adını Olimpiya tarixinə yazan idmançılardan bəhs edən yazılar müsabiqəyə təqdim olunmalıdır. Milli Olimpiya Komitəsinin Mətbuat Xidməti müsabiqənin qaydaları və mükafat fondunu açıqlayıb.

1. Hər jurnalist müsabiqəyə bir yazı təqdim etmək hüququna malikdir;

2. Yazı MOK tərəfindən elan edilmiş istiqamətə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər;

3. Dərc olunmuş yazıda "Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbulu 10 iyun 2020-ci il tarixdə başlayır, 10 iyul 2020-ci il tarixdə ( saat 18:00) başa çatır.
Yazıların qəbul qaydaları ( sadalananların hamsının olması vacibdir)

1. Yazının dərc olunduğu mətbuat (qəzetdə çalışanlar üçün) orqanı (qəzet, jurnal) - tarix göstərilməklə skan olunsun.

2. Yazının elektron variantı (Arial (12) şriftində,

3. Yazılar info@noc-aze.orggunay_nazarova@noc-aze.org: (hər iki e-mailə) e-mailinə göndərilməlidir;

4. E-mailin çatdığına dair təsdiq e-maili almasanız 012-465-13-23 nömrəsinə zəng vurun.

Yazılar münsiflər heyətinə imzasız təqdim olunacaq. (qalib yazıların intellektual hüququ MOK-a məxsus olacaq və onunla rəsmi razılaşdırmadan 3-cü tərəfə təqdim etmək olmaz.)

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Qaliblərin adları 2020-ci il iyulun 20-də açıqlanacaq. Bütün yazıların müəllifləri isə iyunun 10-dan iyulun 10-dək yazılarını çalışdıqları saytlarda və ya qəzetlərdə dərc etməlidirlər.

Yazılara dair tələblər:

- Times New Roman şriftində (12) yazılmalı, 7-8 min arası simvol/işarədən artıq olmamalıdır;

- orijinal olmalı, indiyə qədər mediada yayılmamalıdır;

- Azərbaycan dilində olmalıdır;

- jurnalist araşdırmalarına üstünlük veriləcək.

Yazıya əlavə olunmalı sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti;

VÖEN-in surəti

Müsabiqə üçün aşağıdakı mükafat fondu müəyyənləşdirilib:

1-ci yer - 500 manat

2-ci yer - 300 manat

3-cü yer - 200 manat

Ünvan: Bakı şəhəri, Olimpiya küç. 9

Əlaqə telefonları: 012-465-13-23

Elektron ünvan: info@noc-aze.orggunay_nazarova@noc-aze.org:

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Əməkdar artist Könül Kərimova13:00, 08 iyul 2020
Gülağa Tənha Şeirlərdən ibarət kompazisiya15:00, 07 iyul 2020
Gülağa Tənha "Odlar diyarı" ifa: Fidan Əsgərli10:50, 06 iyul 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Əməkdar artist Zeynəb Behbudova13:20, 05 iyul 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Nadir Hüseynov13:13, 04 iyul 2020
“Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi09:14, 04 iyul 2020
Gülağa Tənha Bu gün Leyla Əliyevanın doğum günüdür!14:18, 03 iyul 2020
Gülağa Tənha 2 iyul 17:00, 02 iyul 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa edir: Əməkdar artist Elza Seyidcahan14:00, 01 iyul 2020
Gülağa Tənha " Tənhanın öz dərdi var ! " ifa: Xalq artisti İlham Əsgərov18:00, 30 iyun 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa edir Xalq artisti Canəli Əkbərov13:00, 29 iyun 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" müsabiqə (anons və I hissə)14:13, 28 iyun 2020
Könüllülərdən ictimai asayiş keşikçilərinə dəstək +FOTO=14 17:43, 27 iyun 2020
Koronavurusdan qorunmaq üçün bu vitaminləri qəbul etməliyik - Həkim AÇIQLADI 17:41, 27 iyun 2020
Gülağa Tənha Sevgi şeirlərindən seçmələr...15:00, 27 iyun 2020
İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak edib +FOTO=12 ,VİDEO17:30, 26 iyun 2020
Azərbaycanda kimlər general-polkovnikdir? – SİYAHI 17:16, 26 iyun 2020
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki…” 17:14, 26 iyun 2020
Şəbnəmdən Xalq artistinə sərt ismarıc: “Heç kim məni “toy müğənnisidir” deyə ittiham edə bilməz” +ViDEO17:07, 26 iyun 2020
Gülağa Tənha 26 iyun15:00, 26 iyun 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə