Təqvim
Məşhur iqtisadçı müğənniləri hədəfə aldı: “Toy biznesi “istehlak xuliqanlığı”dır”
13 iyun 2020 - 15:17

“İqtisadi, psixoloji və göstərişli nöqteyi-nəzərdən toy biznesini “istehlak xuliqanlığı” adlandırmışam”.
Bu sözləri iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.
O, insanların təhsilə deyil, toylara 10 minlərlə manat xərcləmələrini məntiqsiz hesab edərək, etirazını bildirib:
“Müğənniləri səsi ilə deyil, başqa fəaliyyətləri ilə gündəmdə saxlayanda, toy məclisində onu “qəhrəman”a çevirirlər. Beləliklə, həmin müğənninin toy qiymətinin indeksində artım olur.
İnsanlar gəlirlərinin çox hissəsini “toy biznesi”nə sərf edirlər. Bir şəxs təhsilinə 1000 manat pul xərcləməkdən imtina edir, lakin 3-4 saat heç bir fəaliyyəti olmayan müğənniyə 10 min manat pul verə bilir. Bu, hansı məntiqə sığır? Bu, irrasional düşüncənin göstəricisidir”.
Proqramın aparıcısı Zaur Kamalın “Oğlunuz sizə 10 min manatlıq müğənnini toyuna çağırmaq istədiyini bildirsə, bunu etməzsiniz?” sualına Z.Məmmədov “Oğlum heç vaxt belə bir şey deməz” cavabını verib.
Daha sonra Z.Məmmədov müğənnilərin hansısa qurumun solisti olduğu halda, el şənliklərində iştirakının yolverilməz olduğunu söyləyib:
“Müğənni deyir ki, ciddi bir qurumun solistiyəm. Sonra da həmin ifaçının toyda çıxışının şahidi olursan. Bu kimi məqamla ilk dəfə Azərbaycanda rastlaşmışam. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Əgər bir müğənni hansısa qurumun solistidirsə, onun əmək kitabçası olur. Belə olan halda o, sahibkarlıqla məşğul ola bilməz. Bu, qadağandır”.
Aparıcının “Müğənni solist olduğu qurumdan yüksək məvacib almadığından el şənliklərinə getməyə məcburdur” sözlərinə iqtisad elmləri doktoru “O zaman həmin sənətçi solist olduğu qurumdan çıxacaq, onun yerinə başqa bir ifaçı gələcək” deyərək, fikrini tamamlayıb.
Verilişin gedişatında müğənnilərin toy qiymətlərinin siyahısının təqdim olunması professoru özündən çıxarıb.
“Bu, hansı birjada müəyyənləşib? Bu, çox böyük riskdir. Yüksək məbləğə toya gedən ifaçı qazandığı qonorarın mütləq şəkildə vergisini ödəməlidir. Məsələn, türkiyəli müğənninin geyimlərinin dəyəri ilə dövlətə ödədiyi vergidə uyğunsuzluq aşkar edilib. Bu səbəbdən müğənniyə cinayət işi açılıb. Müğənni gəlirinə uyğun vergi ödəməlidir”. oxu.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə