Təqvim
“Rusdilli məktəblərin sayının artırılması müstəqilliyimizə təhlükə yaradır” – Sabir Rüstəmxanlı
30 may 2020 - 17:16

“O dövrdə də indi də qonşularımız təhlükə olaraq qalırlar. Rusiya da təhlükə olaraq qalır və çox ciddi şəkildə Azərbaycanın daxilində Rusiyaya sevgini və heyranlğı artırmağa çalışırlar”.
Bunu 28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan edlməsinin tarixi əhəmiyyəti və ondan çıxarılmalı olan ibrət dərsləri barədə açıqlama verən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, AXC-nin varisi kimi bugünkü müstəqil Azərbaycanın da başının üstündə qara buludlar daim qalır. Xüsusilə son dövrlərdə Rusiya amilinin bəzi qüvvələr tərəfindən qabardılması diqqət çəkir. Burada Rusiyada çalışan üç milyona yaxın insanın da təsiri var: “Eləcə də Azərbaycanda rusdilli məktəblərin sayını artırılması və sair amillər, əslində bunların hamısı müstəqilliyimizə təhlükə yaradır. İran da daxilindəki Azərbaycan türklərinini bu müstəqillik ideyalarından uzaqlaşdırmaq məqsədilə daim Azərbaycanın zəifləməsinə çalışır.
Bütün bu qüvvələr Ermənistanı məhz o maqsədlə müdafiə edirlər ki, Azərbaycan türkləri güclənə bilməsin. Bunlar ortada ikən ölkə içində milli birliyin olmaması, siyasi partiyalar arasındakı düşmənçilik həddində olan münaqişələr, mübahisələr, qanununların kifayət qədər işləməməsi, qanunun aliliyinin təmin edilməməsi hakimiyyətlə xalq arasında və siyasi partiyalar arasında ziddiyyətlər, bunların hamısı o vaxt da o dövlətin yaşamasına mane olub, indi də mane ola bilər”.
Sabir Rüstəmxanlı əlavə edib ki, indi hakimiyyətlə müxalifət partiyaları arasında müəyyən dialoqlar gedir, amma bu, genişləndirilməlidir: “Ölkədə vətəndaş cəmiyyəti gücləndirilməlidir, milli birlik istiqamətində təbliğat aparılmalıdır, bundan başqa tarixə, keçmişimizə hörmət gücləndirilməlidir. O iki illik dövr elə təbliğ olunmalıdır ki, bu tarix xalqın gözündə bir ideal kimi yaşasın. Təəssüf ki, bunların hamısı yetərincə nəzərə alınmır”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə