Təqvim
13-cü "Tələbə baharı" onlayn keçirildi
29 may 2020 - 18:25

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının bu ilki seçim turları COVİD-19 pandemiyası ilə əlaqədar onlayn şəkildə baş tutub. İstedadlı gənclərin üzə çixarılmasında vacib rol oynayan layihənin seçim turlarına bu dəfə 15 ali təhsil müəssisəsindən 200-dən çox gənc qatılıb.

29 may 2020-cu il tarixdə Festivalın Qala konserti myuzikl formatında keçirilib. Layihə televiziya variantında hazırlanaraq tamaşaçılara təqdim ediləcək.

2009-cu ildə Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana möhtəşəm qələbəni - birinciliyi bəxş edən Eldar Qasımov da məhz "Tələbə baharı" festivalının iştirakçı və qalibləri olublar.

2011-ci İldən etibarən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

Festivalın keçirilməsində məqsəd, tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaqdır. Eyni zamanda, gənclərə dövlət qayğısını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq da, layihənin əsas istiqamətlərindəndir.

Sosial şəbəkələrdə paylaş:
Türkiyədə daha bir vilayətdə yanğın başladı +VİDEO21:05, 31 iyul 2021
Meşə yanğınları Alanyaya çatdı +VİDEO20:57, 31 iyul 2021
Prezident Flora Kərimovanı TƏLTİF ETDİ20:53, 31 iyul 2021
Çingiz Abdullayevdən nümunəvi addım 20:48, 31 iyul 2021
Masallıda kultivasiyası ilə narkotik becərənlər saxlanıldı 20:35, 31 iyul 2021
Hava limanında əməliyyat nəticəsində qızıl ələ keçirildi 20:32, 31 iyul 2021
Eldəniz Səlimovu deputatlar belə tapa bilmir 20:24, 31 iyul 2021
Deputatlardan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT20:15, 31 iyul 2021
Onlayn narkotik maddə satan şəxs saxlanıldı +VİDEO20:12, 31 iyul 2021
Virusun “Delta” ştammı görmə zəifliyi yarada bilər- HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ20:08, 31 iyul 2021
Gülağa Tənha Bakı Bəyannaməsinin əhəmiyyətindən danışdı 20:30, 30 iyul 2021
Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı deputatlardan REAKSİYA20:25, 30 iyul 2021
Qanunsuz narkotik maddə dövriyyəsi ilə məşğul olanlar saxlanıldı 20:21, 30 iyul 2021
Prokurorluq koronavirusla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ20:16, 30 iyul 2021
Gülağa Tənha : Dağdan əks-səda gəldi, məmurdan gəlmədi...20:13, 30 iyul 2021
Nüvə silahına sahib olan ölkələr 20:04, 30 iyul 2021
Şuşanın Baş planının detalları AÇIQLANDI 20:01, 30 iyul 2021
Deputatın polisi döyməsi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI19:54, 30 iyul 2021
Türkiyədə yanğınların necə baş verdiyini araşdıracaq xüsusi dəstə yaradıldı 19:47, 30 iyul 2021
Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ19:39, 30 iyul 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə