Təqvim
Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər
21 may 2020 - 17:47

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başladığı “Bir-birimizi qoruyaq!” aksiyası çərçivəsində könüllülər Lənkəran, Cəlilabad və Masallı rayonlarının mərkəzi küçələrində, parklarda, ictimai iaşə obyektlərində, bank və poçt şöbələrində, xəstəxanalarda, ictimai nəqliyyatda, ATM-lərin qarşısında və digər yerlərdə karantin rejiminin yumşaldılması şəraitində davranış qaydalarına dair ictimai maarifləndirmə işini davam etdirirlər.
Yüzlərlə könüllünün iştirakı ilə gün ərzində davam edən təşviqat aksiyası zamanı insanların kütləvi toplaşmaması, sosial məsafənin saxlanılması, qoruyucu maskalardan istifadə edilməsi, dezinfeksiya və ictimai nəzarət tədbirləri həyata keçirilir.
Könüllülər ara məsafəsinin gözlənilməsi məqsədilə bankomatların qarşısında dairələr çəkərək, vətəndaşları öz növbələrini həmin dairələrin üzərində gözləməyə dəvət edir, bankomatlardan və ödəmə terminallarından istifadə edən müştərilərin əllərini, həmçinin, bankomat və ödəmə terminallarını dezinfeksiya edirlər.
Bununla yanaşı, kampaniya çərçivəsində gənclər küçədə qoruyucu vasitələrsiz gəzən şəxsləri tibbi maska və əlcəklərlə təmin edir, tibbi maskadan istifadə edənlərə isə təşəkkür məqsədilə kiçik hədiyyə təqdim edirlər.
Həmçinin, zəruri olduğu halda, koronavirusa yoluxmanın qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi qaydalar barədə ətraflı məlumat verilir. Könüllülərin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən fəaliyyətləri növbəti günlərdə də aktiv şəkildə davam edəcək.
“Bir-birimizi qoruyaq!” aksiyası dünəndən etibarən ölkəmizin əksər şəhər və rayonlarında fəal şəkildə davam etdirilir.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci ildə formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" IV hissə16:47, 04 iyun 2020
Gülağa Tənha "Soraqlayır"13:00, 03 iyun 2020
Azərbaycanda daha bir məmur həbs olundu 18:28, 02 iyun 2020
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib 18:25, 02 iyun 2020
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır 18:23, 02 iyun 2020
BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib 18:22, 02 iyun 2020
AQTA-nın növbəti laboratoriyası milli və beynəlxalq akkreditasiyadan keçib 18:19, 02 iyun 2020
Şura 7 qrant müsabiqəsi elan edir 18:17, 02 iyun 2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb 18:14, 02 iyun 2020
AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib 18:09, 02 iyun 2020
Bank of Baku-dan tibb işçilərinə özəl komissiyasız, zaminsiz 30.000 AZN-dək kredit!18:07, 02 iyun 2020
Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ17:56, 02 iyun 2020
Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb 17:55, 02 iyun 2020
BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib 17:54, 02 iyun 2020
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" III hissə15:00, 02 iyun 2020
Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ17:50, 01 iyun 2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi - VIDEO17:46, 01 iyun 2020
Konvalesent plazma müalicəsi 17:44, 01 iyun 2020
Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi 17:40, 01 iyun 2020
BDU 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb 17:39, 01 iyun 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə