Təqvim
Qobu Park yaşayış kompleksini yeni alternativ magistral su kəməri inşa edilib
19 may 2020 - 16:19

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq məcburi köçkünlərin yaşadığı Qobu Park yaşayış kompleksini dayanıqlı içməli su ilə təmin etmək üçün yeni alternativ magistral su kəməri inşa edilib.
Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan vətəndaşların diqqət və qayğı ilə əhatə olunduğunun bariz nümunəsidir. Qaçqın və məcburi köçkünlərin müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi məqsədilə ötən illərdə genişmiqyaslı layihələr həyata keçirilib. 2018-2019-cu illərdə istifadəyə verilmiş Qobu Park 1 və 2 yaşayış massivlərində zəruri kommunal infrastrukturlar yaradılıb. Qəsəbənin içməli su təminatı Kür-Bakı kəmərindən ayrılmış magistral xətt hesabına aparılıb. Yaxın vaxtlarda Qobu Park 3 yaşayış massivinin istifadəyə verilməsilə suya tələbat artacaq. Bu baxımdan məcburi köçkün şəhərciyinə yeni magistral su kəmərinin inşası qərara alınıb. Layihəyə əsasən, kompleksə içməli su Oğuz-Qəbələ-Bakı su kəmərindən ayrılan magistral xətdən veriləcək. Bu məqsədlə Qobu kəndi ərazisindən başlayaraq Qobu Park yaşayış kompleksinə 225 mm diametrli polietilen borularla 5,4 km uzunluğunda magistral su xətti çəkilib. Artıq kəmərin tikintisi yekunlaşıb və komplekin su anbarlarına birləşmə verilib.
Hazırda magistral kəmərdə hidravlik sınaq işləri aparılır və kəmər yuyulub dezinfekasiya edildikdən sonra istismara buraxılacaq. Yeni alternativ kəmərin inşası Qobu Park yaşayış kompleksində yaşayan məcburi köçkünlərin içməli su təchizatının tam dayanıqlığını təmin edəcək. Gələcəkdə xətlərin hər hansı birində planlı fasilə və ya qəza baş verdikdə sakinlər normal rejimdə içməli su ilə təmin olunacaq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə