Təqvim
Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
18 may 2020 - 16:22

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ”  İnformasiya - Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 18 may Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.

Kampaniyaya dəstək olmaq üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ”  İnformasiya - Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi www.virtualkarabakh.az portalında,
www.youtube.com/virtualkarabakhtv youtub kanalında və rəsmi feysbuk səhfəsində
www.facebook.com/virtualkarabakh/Laçın rayonu və onun işağılının acı nəticələri ilə bağlı paylaşılan məlumatlarla, nümayiş etdirilən 3D qrafik təsvirli film, infoqrafikalar və digər foto və video materiallarla tanış olub, onları aşağıdakı həştəqlərdən istifadə etməklə sosial şəbəkələrdə aktiv şəkildə paylaşmaq mümkündür.

#Azerbaijan #Laçın #Laçınsız28il #Lachin #28yearswithoutLachin#Лачин #Karabakh #Qarabağ #Карабах #KarabakhConflict #Knowarmenia #STOParmenia #stoparmenianagression #NKpeace #StopArmenianOccupation #ArmenianTerrorists #JusticeForInternationalLaw #armenianvandalism #KarabakhNow #armenia #армения #armeniaNow #OSCE #OSCEMG #ARGİN #MYS #virtualkarabakh #AllforKarabakh

Laçınsız 28 il...

Bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən, dilbər guşələrindən biri, Laçın rayonunun işğalından 28 il keçir.

08 avqust 1930-cu ildə inzibati ərazi vahidi statusu alan, 1835 kvadrat kilometr əraziyə malik Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olmuşdu. İşğal  nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmış, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 48 sənaye, 63 kənd təsərrüfatı, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilmişdir.Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna o zamankı qiymətlərlə 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736  nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 57 şəhər və rayonunda məskunlaşmışdır. Hazırda rayon əhalisinin sayı 77700 nəfərə çatıb.

Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 267 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi Laçın rayonunda da qeyri-qanuni fəaliyyəti davam etdirir; coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

#Azerbaijan #Laçın #Laçınsız28il #Lachin #28yearswithoutLachin#Лачин #Karabakh #Qarabağ#Карабах #KarabakhConflict#Knowarmenia#STOParmenia#stoparmenianagression #NKpeace #StopArmenianOccupation #ArmenianTerrorists #JusticeForInternationalLaw #armenianvandalism #KarabakhNow #armenia#армения #armeniaNow #OSCE #OSCEMG#ARGİN #MYS #virtualkarabakh#AllforKarabakh

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə