Təqvim
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi “World Net Summit”in son iki tədbiri baş tutacaq
14 may 2020 - 15:13

Bu gün “World Net Summit” onlayn konfransının son 2 tədbiri - “Corporate Innovation Forum” və “Venture Summit” təşkil ediləcək.

Konfransın “Corporate Innovation Forum” fazası 16:30-18:00 saatlarında Lütfi Zadə Texnologiya Mərkəzinin nümayəndəsi İmran Bağırovun moderatorluğu ilə keçiriləcək. Spiker qismində “Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev, “EY” şirkətinin Rəqəmsal strategiya, kibertəhlükəsizlik və texnologiyalar bölməsinin rəhbəri Anar Cəfərzadə, “Pabora.io”nun Strateji tənzimləmə texnologiyaları üzrə məsləhətçisi Patrik Boşçer və “Kaspersky”nin Texniki satış eksperti Aleksandr Simonov iştirak edəcək.

“Venture Summit” fazası 18:30-20:00 saatları aralığında Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimin moderatorluğu, “NextechVentures” şirkətinin idarəçi tərəfdaşı Daniel Hastik, Fintek sahibkarı və texnologiya investoru Qaurav Dhar, “DAAL” Vençur Fondunun baş investisiya inzibatçısı Leva Abuxait, “mələk investor” Fərid Musayev və Özbəkistan Vençur Fond Assosasiyasının İdarə Heyətinin sədri Dilşod Zufarovun spiker kimi iştirakları ilə baş tutacaq.

Tədbirlər “Facebook” (https://www.facebook.com/netsummit/) sosial şəbəkəsi və “Youtube” (https://www.youtube.com/channel/UCv72EWEAQKBQdHX0ZB1fYLw) üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında (https://worldnetsummit.com/home) qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.

Xatırladaq ki, 8 böyük tədbiri əhatə edən “World Net Summit” onlayn konfransı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə baş tutur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə