Təqvim
AQTA maarifləndirir – “Qarayara xəstəliyi ilə mübarizədə profilaktik tədbirlər”
07 may 2020 - 19:07

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Qarayara xəstəliyi ilə mübarizədə profilaktik tədbirlər” haqqındadır.

Qarayara kəskin zoonoz xəstəliklərdəndir. Tibdə daha çox "Sibir xorası" adı ilə tanınır. Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların, həmçinin insanların xüsusi təhlükəli xəstəliyidir. Əksər hallarda ölümlə nəticələnir.

Xəstəlik heyvanın ağız, burun və anus dəliyindən qanlı köpük axması, qanının laxtalanmaması, qısa müddətdə ölməsi, cəsədinin şişməsi şəklində özünü büruzə verir. Heyvanlarda xəstəliyə xas simptomlar aşkar edildikdə dərhal onu təcrid edib, baytar mütəxəssisə məlumat verilməlidir. Qarayaraya şübhəli heyvan leşi uyğun şəkildə basdırılmalıdır və  cəsədin yarılması yolverilməzdir.
 
Mal-qaranı qarayaradan qorumaq üçün  təsərrüfatda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalıdır. Yeni heyvan aldıqda karantində saxlanmalıdır. Qarayara xəstəliyinin yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə peyvəndləmə aparılması şərtdir. Qarayara xəstəliyinə tutulmuş heyvanın əti və südü bu infeksiyanı rahatlıqla daşıyır. Bazarlarda, küçələrdə açıq satılan, heç bir nəzarət olmadan, evlərdə kustar üsulla hazırlanmış, kəndlərdən birbaşa satışa çıxarılan süd və süd məhsulları, ət süfrəmizə təəssüf ki, yol tapa bilir. Sağlamlığımızı qorumaq üçün bu məsələlərə həssas yanaşmalıyıq və heyvanları peyvəndlənmədən yayındırmamalıyıq. Xatırladaq ki, qarayaraya qarşı peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq aparılır.

İnsanlar qarayaraya təkcə  xəstə heyvanın ət və südündən, eləcə də südündən emal olunmuş məhsullardan istifadə etməklə, xəstə mal-qara və ya onun məhsulu (yun) ilə təmasda olmaqla deyil, həm də qansoran həşəratların dişləməsi ilə də yoluxa bilərlər. Qarayara sporları ilə çirklənmiş torpaqla təmas da təhlükəlidir.
İnsanlarda xəstəliyin əsas əlamətləri əllərdə və bədənin digər nahiyələrində nekrozlu sahələrin (karbunkullar) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və s. ilə müşahidə olunur. Xəstəliyin qarşısını vaxtında almaq gərəkdir. Qarayaraya yoluxma şübhəniz yarandıqda dərhal həkimə müraciət edilməlidir. Yaraya toxunmamaq lazımdır, müdaxilə infeksiyanın yayılmasına səbəb ola bilər.

Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq etdikdə gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Ət  və süd məhsulları çiy, yarıbişmiş şəkildə istifadə edilməməlidir.  Xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaqdır.  Heyvan kəsimi baytar mütəxəssisin nəzarəti ilə həyata keçirilməlidir. Eyni zamanda, çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəzlərlə təması olmamalıdır. Qeyd edək ki, heyvanların peyvəndlənməsindən sonra gözləmə müddətinə əməl olunması vacibdir.
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə