Təqvim
Xəzər sahili ərazilərdə növbəti monitorinq keçirilib
04 may 2020 - 15:50

Xəzər dənizinə antropogen təsirlərin müəyyən edilməsi və dəniz suyunun çirklilik səviyyəsinin öyrənilməsi  məqsədilə növbəti monitorinq Binəqədi, Sabunçu, Xəzər rayonlarının və Sumqayıt şəhərinin Xəzər sahili ərazilərində  keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov jurnalistlərə bildirib ki, eyni zamanda Kürdəxanı və Zığ qəsəbələrindən dənizə tullantı sularının axıdılması ilə bağlı Nazirliyə daxil olan şikayətlər də  araşdırılıb.

Onun sözlərinə görə, Kürdəxanı  və Zığ qəsəbəsindəki axarlardan götürülmüş su nümunələrinin təhlili bu ərazilərdə çirklənmə səviyyəsinin normadan artıq olduğunu göstərib.

 "Ümumilikdə aparılan monitorinqlərin nəticəsində məlum olub ki,  bəzi ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsində cüzi azalma müşahidə edilib ki,  bu da karantin dövründə ictimai-iaşə obyektlərinin işləməməsi ilə əlaqədardır”.

İdarə rəisi qeyd edib ki, lakin hələ də bəzi yerlərdə dəniz suyunda çirklənmə  göstəriciləri normadan artıqdır.  Buna səbəb isə ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və  yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır.

“Belə halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə tərəfimizdən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə