Təqvim
Sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi
02 may 2020 - 18:20

Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi üçün  növbəti ictimai dinləmə onlayn  keçiriləcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında bildirib.

M.Qənbərov qeyd edib ki, ötən ildən başlayaraq ekoloji qiymətləndirilməyə təqdim olunan bütün layihələrə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmədən sonra rəy verilib.   Karantin rejiminin tələblərinə görə, bu dəfə  dinləmə  onlayn keçiriləcək və agentliyə təqdim olunan 6 layihənin müzakirəsi aparılacaq.

"Layihə icraçılarının, QHT nümayəndələrinin və  ekspert-mütəxəssislərin iştirakı ilə 7 may  saat 11:00-da keçiriləcək müzakirələrdə dinləməyə çıxarılan altı layihədən üçü səhiyyə, yol infrastrukturu və istilik təchizatı ilə bağlı olmaqla dövlət qurumları tərəfindən, digərləri isə özəl şirkətlər tərəfindən təqdim olunub."

Agentlik rəsmisinin sözlərinə görə
dinləmələrdə hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə