Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.
"Yenisumqayit.az" xəbər verir ki, Azərikimya İstehsalat Birliyinin əməkdaşları da aprelin 25-dən bu kompaniyaya qoşulublar. Kampaniya çərçivəsində Sumqayıt şəhərində yaşayan 65 yaşdan yuxarı veteran kimyaçılara, tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə minlərlə ərzaq qutuları paylanılıb.
Bütün hüquqlar qorunur © 2025